AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: “Ermənistan Tovuzdakı uğursuzluqların əvəzini şaiyə yaymaqda görür”

  • + A
  • - A
  • 21-08-2020, 19:00

    Məşhur Məmmədov: “Ermənistan Tovuzdakı uğursuzluqların əvəzini şaiyə yaymaqda görür”

    “Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdilər. Lakin bu dəfə də, geri çəkilməli oldular. Təbii ki, bu geriçəkilmə Ermənistan ordusunun böyük itkilər verməsi bahasına mümkün oldu”.

    Modern.az xəbər verir ki, bu fikiləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

    Deputat bildirib ki, təcavüzkar ölkənin rəhbəri dərhal müxtəlif ölkələrə bəyanatlar göndərərək, guya, təxribatın Azərbaycan Ordusu tərəfindən törədilməsi barədə yalan məlumatlar yaydı:

    “Ancaq bu yalanlara inanan olmadı. Tovuz əməliyyatında da uğursuzluğa düçar olan Ermənistan tərəfi indi müxtəlif şaiyələr yaymaqla Azərbaycan əhalisi arasında qorxu yaratmaq istəyir. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyan Gəncəni vurmaqla ölkəmizi təhdid edir. Ermənistanın qabaqdan gəlmişlik etməsinin səbəbi özlərini qorumaq məqsədilə təşkil olunmuş şaiyədir. Görünür, Araik Aratunyan Tovuzdakı uğursuzluqdan sonra Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin gücünə bələd olduğundan belə təxribatlara çətin gedər. Əslində, Ermənistan hər zaman təxribatlara əl atıb. Heç zaman murdar niyyətlərindən əl çəkməyib. İndi də Gəncəni vurmaqla bizə hədə-qorxu gəlməyə çalışırlar. Hesab edirəm ki, Azərbaycanı Gəncəni vurmaqla hədələyənlərin dar düşüncəli olmaları özünü açıq şəkildə büruzə verir. Unudurlar ki, əgər onlar Gəncəyə qarşı hansıa məkrli planı həyata keçirməyə hazırlaşsalar, Azərbaycan Ordusunu Xankəndidə görəcəklər və ordumuzun ciddi təzyiqni Yerevanda hiss edəcəklər. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar, təəssüf ki, bu dəfə də “ağızlarına su alıblar”. 30 il ərzində belə təxribatçı bəyanatlara diqqət yetirməmək, susqunluq nümayiş etdirmək insan hüquq və azadlıqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq təşkilatlara, o cümlədən qüdrətli dövlətlərə olan inamı, etimadı azaldır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR