AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuzda nə baş verir? - İrəvanın ifşa olan 3 niyyəti

  • + A
  • - A
  • 13-07-2020, 09:10

    Tovuzda nə baş verir? - İrəvanın ifşa olan 3 niyyəti


    Yüksək səviyyəli ordu və müasir hərbi texnikanın olması ilə yanaşı, Azərbaycanın Ermənistan üzərindəki ən güclü üstünlüyü – xalqının dəstəyidir.

    Bu barədə Axar.az-a Azərbaycanın Rus İcmasının sədr müavini, Azərbaycan Respublikası Dağlıq Qarabağ İcmasının müşaviri, siyasi şərhçi Anastasiya Lavrina Tovuz istiqamətində baş verən erməni təxribatını şərh edərkən deyib. Onun sözlərinə görə, ötən gün Ermənistan rəhbərliyinin ağılsız hərəkətlərindən bezmiş hər kəs Azərbaycan Ordusuna dəstək verdi:

    “Ermənistan Azərbaycan Ordusunun mövqelərini Tovuz rayonu istiqamətində artilleriya qurğularından atəşə tutub. Amma Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun mövqelərini artilleriya atəşinə tutublar. Bəzi faktlara nəzər salsaq, bu yalan bəyanatlar çox asanlıqla təkzib edilə bilər:

    Birincisi, əgər Azərbaycan hücuma başlamaq və ya erməni silahlı qüvvələrini atəşə tutmaq qərarına gəlsəydi, bu, işğal olunmuş əraziləri azad etmək məqsədi ilə həyata keçirilə bilərdi, daha Ermənistanla sərhəddə yox!

    İkincisi, Azərbaycan Ordusu hücuma əlbəttə ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı kimi UAZ markalı avtomobildə keçməz. Azərbaycan daha güclü hərbi texnikaya malikdir və düşməni uzaq məsafədən darmadağın etməyə qadirdir. Hücuma bir UAZ ilə getməyi elan etmək axmaqlıq olar.

    Üçüncüsü, Ermənistan bəyan etdi ki, onlar tərəfindən itki olmayıb. Amma dünənki döyüşlərdə ölən erməni hərbiçilərin yaxınları sosial şəbəkələrdə tamam başqa sözlər yazır. Onlar itkiləri barədə məlumatlar dərc etməyə davam edirlər. Bəs əgər Ermənistan tərəfi “hücuma məruz qalan” tərəf kimi özlərini göstərmək istəyirsə, nəyə görə itkilər barədə məlumat verilmir? Onlar üçün əla bir şans yaranmışdı – yenidən özlərini “yazıq” kimi göstərmək üçün...

    İrəvanın bu dəfə planı başqa idi - Azərbaycanı hücuma keçən tərəf kimi göstərmək, guya bu səbəbdən itkisinin çox olmasını bildirmək və bununla da Bakını təcavüzkar kimi qələmə vermək. Bu plan isə alınmadı”.

    Qeyd edək ki, Ermənistan eyni istiqamətdən gecə saatlarında da artilleriya hücumuna başlayıb. Ordumuz düşmənə adekvat cavab verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR