AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Ərdoğanın Şuşa səfəri ermənilərə və onun havadarlarına zərbə olacaq”

  • + A
  • - A
  • 12-06-2021, 17:40


    Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın növbəti həftə Azərbaycana, xüsusən də işğaldan azad olunan mədəniyyət paytaxtı Şuşaya səfəri çox böyük siyasi  və tarixi əhəmiyyət kəsb edəcək səfər olacaq.

    Bunu “Azadmedia.Az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov deyib.

     Onun sözlərinə görə, Türkiyə Prezidenti cənab Ərdoğan  qardaş Azərbaycana dəfələrlə səfərdə olub və hər bir səfər özünəməxsusluğu ilə seçilib.
     “Amma bu səfər tamamilə fərqli bir səfər  və bölgənin gələcək inkişafı ilə bağlı mühüm tarixi əhəmiyyət kəsb edəcək  bir səfər olacaq. Bu səfər təkcə iki qardaş ölkə arasındakı münasibətlərin tamamilə yeni bir mərhələdə əməkdaşlığı baxımından yox, geosiyasi, regional əməkdaşlıq baxımından müstəsna rola malik səfər olacaq. Bildiyiniz kimi Türkiyə-Azərbaycan münasibətləri möhkəm təməllər üzərində qurulub və  bu münasibətlər yüksək strateji tərəfdaşlıq, müttəfiqlik prinsipləri əsasında davamlı olraq inkişaf etməkdə və möhkəmlənməkdədir. Hər iki qardaş ölkənin dövlət başçılarının yürütdüyü məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq münasibətlər keyfiyyət və mahiyyətsə yeni müstəviyə keçməkdədir. Cənab Ərdoğanın Azərbaycana  gələn həftə baş tutacaq səfəri iki  ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyacağının bariz nümunəsidir”- deputat qeyd edib.

    Millət vəkili əlavə edib ki,  bu səfər iki qardaş ölkənin münasibətlərinin sarsılmaz  olduğunu və daim birgə addımlamasının göstəricisidir: “Türkiyə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi mənəvi, siyasi və diplomatik dəstək müharibədən sonra işğaldan azad olan bölgələrin yenidən quurlması və Böyük qayıdışın təmin olunmasında da eyni qayda da davam etməkdədir.  Tükiyə hazırda Qarabağın bərpasında  və minalardan təmizlənməsində yaxından  iştirak  edir. 
    Artıq cənab Ərdoğan da  səfərlə bağlı açıqlamasında deyib ki, Füzuliyə və daha sonra Şuşaya səfər edəcəklər. Orada iki ölkə arasında gələcək əməkdaşlığı əhatə edən sənədlər imzalanacaq. Hesab edirəm ki, imzalanacaq sənədlər iki ölkənin iqtisadi potensialı qardaşlığımızın da gücünü və  qüdrətini daha da artırmaqla yanaşı, regional əməkdaşlığa, bölgədə davamlı sülhün, sabitliyin, sıx əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini verəcək.

    Bu səfər iki qardaş ölkənin gücünə əlavə güc qatacaq və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.
    Səfər eyni zamanda  ermənilərə və onun havadarlarına da ciddi bir sarsıdı zərbə olacaq.  Ermənistan ağır məğlubiyyətə düçar olmasına baxmayaraq, hələ də bu ölkədə olan bəzi qüvvələr revanşist bəyanatlarla çıxış edir  və onlara bu məsələdə xarici havadarları da dəstək verməkdədirlər. Cənab Ərdoğanın Qarabağa səfəri  həm də bu qüvvələrə ciddi mesaj ki, Azərbaycana qarşı istənilən təxribatda, beynəlxalq hüquqa uyğun olmayan addımların atılacağı təqdirdə qardaşının yanında olacaq və buna kimsənin şübhəsi olmasın. Bölgənin təhlükəsizliyi baxıməndan cənab Ərdoğanın yüksək qiymətləndirmək lazımdır. Bu səfər  həm də Azərbaycanın bölgədə və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına səbəb olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR