Milli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək.
Parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək: "TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.
Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payz sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.
(report)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.