AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri ilə görüşüblər

  • + A
  • - A
  • 1-12-2023, 14:44

    Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri ilə görüşüblər

    Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Almaniya Federativ Respublikasında səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə qrupunüzvləri ilə görüşüblər.
    Görüşdə Milli Məclisin Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov və Elşən Musayev iştirak ediblər.
    Söhbət zamanı ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər bir çox sahələrdə uğurla inkişaf edib və əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.
    Milli Məclis sədri Sahibə Qafarovanın bu səfərinin ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə inamın ifadə olunduğu görüşdə dostluq qrupları arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin və təmasların önəmi diqqətə çatdırılıb. Bu cür təmasların qarşılıqlı məlumatlandırma, ölkələrimiz arasında əməkdaşlığın aktual məsələlərinin müzakirəsi baxımından faydalı ola biləcəyi qeyd edilib.
    Deputatlar hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanın sülh təşəbbüsləri barədə almaniyalı həmkarlarını ətraflı şəkildə məlumatlandırıblar.
    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR