AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq hüququn normaları hər bir dövlət üçün mütləqdir

  • + A
  • - A
  • 18-12-2023, 19:40

    Beynəlxalq hüququn normaları  hər bir dövlət üçün mütləqdir


    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışında qeyd etmişdir ki, “regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməliydik”.
    Dövlətimizin30 ilə yaxın bir müddətdə davam etmiş münaqişənin sülh yolu ilə, danışıqlar masası arxasında həll edilməsinə çalışsa da, Ermənistan buna imkan vermədi. Sil-silə müharibə cinayətlərinin törədilməsi, işğal altında olan ərazilərdə qanunsuz məskunlaşmanın həyata keçirilməsi, hərbi təxribatlar törədilməsi nizamlanma prosesini mümkünsüz etmişdir. BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnaməsinin icra olunmaması, beynəlxalq vasitəçilərin fəaliyyətsizliyi və Ermənistanın yeni müharibəyə hazırlaşaraq,surətlə silahlanması bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaratmışdır.
    Bu cür mürəkkəb şəraitdə beynəlxalq hüquq yalnız hərbi vasitələrlə bərpa edilə bilərdi və Dövlət Başçısının vurğuladığı kimi Azərbaycan ərazisini işğaldan azad edən zaman BMT Nizamnaməsinin 51-ci maddəsi rəhbər tutub.Həmin maddəyə uyğun olaraq, BMT Nizamnaməsi təşkilatın üzvünə silahlı hücum baş verərsə ayrılmaz fərdi və ya kollektiv özünümüdafiə hüququna heç bir şəkildə təsir etmir.
    10 noyabr 2020-ci ildə Üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Ermənistan həmin sənədin müddəalarını kobud formada pozaraq, gizli yollarla Qarabağa silah sursat daşıyırdı, öz hərbiçilərini orada saxlayırdı, mina müharibəsini davam etdiridi. Dövlətimiz belə bir vəziyyətlə heç cür razılaşa bilməzdi və qısamüddətli lokal antiterror əməliyyatı keçirərək suverenliyimizi tam bərpa etdi. Diqqəti cəlb edən məqam ondan ibarət idi ki, antiterror tədbirlərinin əsas hədəfi yalnız legitim hərbi obyektlər oldu, mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmadı və onlara zərər dəymədi. Nəticədə ölkəmizin konstitusiya-hüquq nizamı bütün ərazimizdə bərpa olundu və beynəlxalq hüquqdan qaynaqlanan ərazi üstünlüyü prinsipinin fəaliyyəti təmin edildi.
    Hazırda regionda sülhün və təhlükəsizliyin bərqərar olunması bütün dövlətlərdən beynəlxalq hüquqa eyni münasibətin sərgilənməsini tələb edir və bu bu cür məsələlərdə heç bir selektiv yanaşmaya yol vermək olmaz. Prezident İlham Əliyev dediyi kimi, “beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR