Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi bir daha nümayiş etdirdi ki,ölkəmizin qlobal miqyasda nüfuzu ən yüksək pillədədir. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir, aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq”.
Məlumdur ki, iqlim dəyişikliyi bu gün qlobal müstəvidə narahatlığa səbəb olan məsələdir, bir çox dövlətlər onun yaratdığı fəsadlardan əziyyət çəkir və mövcud problemlərin Azərbaycanda geniş platformada müzakirə edilməsi böyük önəm daşıyır.
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci il 9 may tarixində qəbul edilib (Azərbaycan Respublikası 18 iyul 2000-ci ildə sənədə qoşulub) və konvensiyanın həyata keçirilməsi məsələlərini nəzərdən keçirən ali orqan iştirakçı-dövlətlərin konfransıdır (ingiliscə - COP, Conference of Parties). Konvensiyanı təsdiq edən və regional qruplara (Afrika, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və başqa ölkələr) daxil olan dövlətlər ali qurumun işində iştirak edirlər.
Antiterror tədbirlərinin keçirilməsindən cəmi iki ay sonra Azərbaycanın COP29-a ev sahibliyinəqərar verilməsi ölkəmizə beynəlxalq miqyasda pozitiv yanaşmanın təzahürü olaraq, nümayiş etdirdi ki, bəzi Qərb ölkələrinin bizə qarşı irəli sürdükləri ittihamlar tamamilə əsassızdır və təsdiq etdi ki, dünya ictimaiyyəti Azərbaycana öz ciddi dəstəyini göstərir.
Beynəlxalq hüququn hamılıqla tanınan prinsip və normalarına uyğun olaraq ərazi bütövlüyü və suverenliymizin bərpası fonunda ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi qlobal müstəvidə Azərbaycanın həyata keçirdiyi siyasətin ümumbəşəri problemlərin həllində əhəmiyyətli rolundan xəbər verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.