Milli Məclisin deputatı, İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əliabbas Salahzadə İndoneziya Respublikasında keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün fevralın 12-də Bali şəhərinə səfər edəcək.
Millət vəkili burada bir sıra seçki məntəqələrinin hazırlıq vəziyyəti və prosesin təşkili ilə yaxından tanış olacaq, seçkilərin gedişini, seçicilərin fəallığını müşahidə edəcək.
Səfər fevralın 16-da başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.