AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası əsas geosiyasi dəyişiklikdir

  • + A
  • - A
  • 25-03-2024, 19:18

    Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası  əsas geosiyasi dəyişiklikdir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 14 mart tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda XI-ci Qlobal Bakı Forumundakı çıxışında qeyd etmişdir ki, “regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır”. Sözün əsl mənasında, ölkəmizin öz imkanları bahasına beynəlxalq hüququn təntənəsini təmin etməsi dünya siyası xəritəsində tamamılə yeni bir siyasi və hüquqi vəziyyət yaratmışdır.
    Təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamə uzun müddət yalnız kağız üzərində qalaraq, icra edilmədi, digər tərəfdən artıq tarixə qovuşan münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu heç bir əməli fəaliyyət nümayiş etdirmədi. Bu qurum əsas vəzifəsini Azərbaycanın milli maraqlarına cavab verməyən status kvonun saxlanılması, Ermənistanın təcavüzünün əbədi edilməsi və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə danışıqlar aparılmasında görmüşdür.
    Baxmayaraq ki, Azərbaycan uzun illər boyu münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı idi, Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi davam edən qeyri-konstruktiv mövqeyi buna imkan vermədi. Yaranmış vəziyyət və Ermənistanın silahlı qüvvələrinin ardı-arası kəsilməyən təxribatları birmənalı sübut edirdi ki, sülhə nail olmaq üçün hərbi variantdan istifadə edilməlidir və ən qısa zamanda Azərbaycan döyüş meydanında ərazi bütövlüyü və suverenlıyını tam bərpa etdi. Prezident İlham Əliyevin dediyi kimi, “biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik.”
    Hazırki şəraitdə Cənubi Qafqaz regionunda sülhün bərqərar olunması üçün əlverişli şərait yaranmışdır. Qarabağ məsələsi öz həllini tapdıqdan sonra Azərbaycanın irəli sürdüyü, müasir beynəlxalq hüquqda təşəkkül tapmış prinsiplər əsasında böyük sülh müqaviləsi imzalana bilər və belə bir addım regionda yaşayan bütün xalqların maraqlarına cavab verir. Davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması yeni əməkdaşlıq platformasının inkişafı ücün mühüm şərtdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR