Bu gün Brüsseldə Ermənistan ABŞ və Aİ arasında üçtərəfli görüş keçiriləcək.
Görüşün detallarının nədən ibarət olacağı da bəlli olacaq. Millət vəkili Tural Gəncəliyev
AzadMedia.az-a açıqlamasında görüşü bu cür şərh edib.
“5 aprel tarixindəki görüş Ermənistan üzərindən regionda çirkin oyunlar oynamaq üçün keçirilir. Qərb Ermənistandan bir alət kimi istifadə etməklə, Cənubi Qafqaza yersiz müdaxilələr edir. Üstəlik Cənubi Qafqazda əsas söz sahibi olan Azərbaycanin iştiraki olmadan keciriləcək. Sirr deyil ki bu görüş öncədən planlaşdırılıb və qərbin məkrli planlarına xidmət edir. Açıq-aşkar görünür ki qərbin əsas məqsədi Ermənistani yeni müharibəyə sürükləməkdir”.
Tural Gəncəliyevin sözlərinə görə, görüş öncəsi Avropa İttifaqının regiondakı missiyası öz destruktiv fəaliyyətini artırıb:
“Eyni zamanda, ölkəmizə qarşı qərb siyasətçilərinin Avropada ABŞ-də qəbuledilməz mövqenin tutulması göz qabagindadir. Xüsusilə qərbin bəzi institutları ölkəmizə qarşı ədalətsiz sənədlərin qətnamələrin sayını çoxaldıblar. Hesab edirəm ki, bu görüş Ermənistanın çirkin planlarının gerçəkləşməsinə imkan verməyəcək”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.