AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili: “Kəndlərin qaytarılması sərhəd delimitasiyasında ilk uğurdur”

  • + A
  • - A
  • 23-04-2024, 13:53

    Millət vəkili: “Kəndlərin qaytarılması sərhəd delimitasiyasında ilk uğurdur”

    Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi dövrə qədəm qoyur. Mövcud status kvonun fonunda rəsmi Bakının formalaşdırdığı yeni reallıqlar regionu sabitlik adasına çevirməkdədir.

    Bu ilin 19 aprelində Qazaxın 4 kəndi geri qaytarıldı. Bir növ adət etdiyimiz üçtərtəfli dördtərəfli formatda vasitəçilərin iştirakı ilə keçirilən görüşlər olmadan.

    Sərhəd delimitasiyasında əldə olunan uğuru AzadMedia.az-a şərh edən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, Azərbaycan xalqı hər zaman qələbələrin əldə olunmasına əmin olub:

    “Biz hər zaman Qərbin məkrli siyasəti ilə üzləşmişik. Məqsəd heç də regiona sülh gətirmək olmayıb. Məqsəd regionda qarışıqlıq yaratmağa hesablanıb. Azərbaycanın növbəti uğurlu siyasəti onu göstərdi ki, kənar qüvvələrin müdaxiləsi yalnız qarışıqlıq yaratmağa hesablanıb”
    Millət vəkilinin sözlərinə görə, bu hələ başlanğıcdır:

    “Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delitimasiyanın bu istiqamətdən başlaması da Azərbaycanın təkidi ilə oldu. Məhz bu baxımdan da delimitasiya prosesi ilə bağlı əldə olunmuş razılaşma xüsusi tarixi əhəmiyyət kəsb edir. Regionun sülh prosesinə əngəl olan qüvvələrin yeni eskalasiya arzuları ürəklərində qaldı. Bununla da Qərb dövlətlərinin propaqandası növbəti dəfə iflasa uğradı”.
    Xəlil XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR