AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixçi alim: “Tarixi Ermənistan deyilən bir şey yoxdur”

  • + A
  • - A
  • 24-04-2024, 12:20

    Tarixçi alim: “Tarixi Ermənistan deyilən bir şey yoxdur”

    “1915-ci il qondarma 24 aprel “soyqırımı” heç bir məntiqə sığmır. Paşinyan özü də çox yaxşı bilir ki, tarixi Ermənistan deyiləndə erməni ideoloqlarının və erməni kilsəsinin yaratdığıdır. Tarixi Ermənistan deyilən bir şey yoxdur”.

    Bu fikirləri AzadMedia.az-a açıqlamasında tarixçi alim, millət vəkili Anar İsgəndərov deyib.

    Onun sözlərinə görə, sadəcə olaraq dənizdən dənizə Ermənistan yaratmaq xülyaları olub:

    “Belə bi tarix yoxdur. Yalnız xıx əsrin 80-ci illərindən sonra bu məsələ gündəmə gəldi. Həmin vaxt Ermənistan dövlətini qurmaq üçün Daşnaqsütun partiyasını yaratdılar. Qərb Osmanlı dövlətinin gücündən narahat olmağa başladı. Məhz Qərbin və Çar Rusiyasının dəstəyi ilə ermənilər qondarma soyqırım siyasətini gündəmə gətirməklə Osmanlı imperiyasına ən pis qəddarlığı etdi. Halbuki həmin ərazidə 2 milyon türkün həyatına son qoyulub. Toplum məzarlıqlar bu gün də var”.

    Tarixçi alim onu da əlavə edib ki, soyqırım siyasətinə türklər məruz qalıb ermənilər yox:.

    “Qərbə isə erməni soyqırımı lazımdır. Ona görə də arxiv sənədlərini üzə çxartmır. Çünki Qərbə sərf etmir. Bugünkü erməni anlayır ki, 24 aprel qondarma soyqırımla çox da qabağa getmək mümkün deyil. Çünki Qərb həmişə onları inandırıb və şirnikləndirib. Son nəticədə isə ermənilər düzdə qalıb”.
    XƏLİL XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR