Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev carı ilin 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etmişdir ki, “hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir”.
Səfər çərçivəsində aparılmış danışıqlar və imzalanan sənədlər əyani formada nümayiş etdirirlər ki, münasibətlərimiz səmərəli formada inkişaf edir.
Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə çoxtərəfli əməkdaşlığa ən ciddi önəm verir və bu məsələni xalqlarımızın tarixinin, qədim ənənələrinin, mədəniyyətlərinin biri-birinə yaxınlığı, milli-mənəvi maraqlara bağlılığı ilə şərtləndirir.
Mühüm məsələlərdən biri də ondan ibarətdir rki, hazırda Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.
Nəzərə çarpan və əməkdaşlığımızın önəmli nümunəsi kimi həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon ABŞ dollarından 100 milyon dollara qədər artması qeyd edilə bilər. Artıq bu fond çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini surətlə reallaşdırmaq üçün tədbirlər görülməsi barədə müvafiq hökumət strukturlarına zəruri tapşırıqlar verilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.