AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın neçə general-polkovniki var? – Siyahı

  • + A
  • - A
  • 28-09-2018, 10:57

    Azərbaycanın neçə general-polkovniki var? – Siyahı















    Xəbər verdiyimiz kimi, dünən İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Bununla da M.Quliyev də bu rütbəni daşıyan şəxslərin sırasına daxil olub.

    Axar.az ölkəmizdə hazırda bu rütbəni daşıyan şəxslərin təxmini siyahısını təqdim edir:

    1. Zakir Həsənov – Müdafiə naziri

    2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

    3. Ramil Usubov – Daxili İşlər naziri

    4. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri

    5. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi

    6. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi

    7. Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi

    8. Namiq Abbasov – Azərbaycanın sabiq milli təhlükəsizlik naziri (1995-2004), Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri (2004-2012)

    9. Səfər Əbiyev – Azərbaycan Respublikasının eks-müdafiə naziri

    10. Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri

    11. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

    12. Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri

    13. Zakir Qaralov – Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

    14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

    15. Fazil Məmmədov – I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR