"Hakimiyyət milləti səfərbər etməlidir" - Müxalifətdən cəbhədəki gərginliyə reaksiya
Cəbhədə baş verən gərginlik müxalifət qüvvələrini də narahat edib
Bu barədə mia.az-a açıqlama verən Vətəndaş və inkişaf Partiyasının sədri Əli Əliyev hakimiyyəti qətiyyətli olmağa çağırıb.
"Cəbhə xəttində hadisələrin qaynar fazaya keçməsinin, Azərbaycan daxilində baş verən siyasi proseslərlə birbaşa əlaqəli olduğunu bilirmişdim. Kreml siyasi təzyiq rıçaqlarını itirəcəyindən ehtiyatlanaraq, rezident Əliyevi təhdid edir.
Dayanmaq olmaz, davam edilməlidir. Daxili təztiq vasitələrindən qurtulmasaq, xilas ola bilməyəcəyik. Kreml hakimiyyət daxilində olanlardan əyləc kimi istifadə edir. Bu ballastla Dövləti dibə apara bilərlər. Qətiyyətli olmaq lazımdır. Hakimiyyət milləti səfərbər etməlidir".