İlham Əliyev 4 sərəncam imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elbay Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik:
Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Ənvər oğlu Qasımzadə “Şərəf” ordeni ilə təltif edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə Nazirliyin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar mühəndis”
Bünyətov Yunis Heydər oğlu
“Əməkdar jurnalist”
Cəfərov Pərviz Əziz oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə Nazirliyin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abdullayeva Rəna Ramiz qızı
Əhmədov Nizami İbrahim oğlu
Əliyev Hidayət Məcid oğlu
Əsgərova Gülbahar Zəkəryə qızı
Əzizov Bəxtiyar Əskər oğlu
Həşimova Gülnarə İbrahim qızı
Xəlilova Minayə İbrahim qızı
İsgəndərova Xanım Kazım qızı
Məmmədov Məmməd Kərəm oğlu
Mirzəyeva Dürdanə Fərhad qızı
Nəcəfov Bayram Həsən oğlu
Nuriyeva Minayə Mikayıl qızı.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:
1-ci dərəcəli “Əmək” ordeni ilə
Hüseynov İsgəndər Rəşid oğlu
Nəbiyev Əlizamin Mirzəli oğlu
Şirəliyev Mübariz Məmmədəli oğlu
Vəliyev Fazil Adil oğlu
2-ci dərəcəli “Əmək” ordeni ilə
Abdullayev Fərman Muxtar oğlu
Aslanov Namiq Nəriman oğlu
Bağırova Ağgül Busad qızı
Cəfərov Sahib Calal oğlu
Dadaşov İlqar Fariq oğlu
Məlikov Soltanpaşa Əziz oğlu
Məmmədov Əhmədağa Astan oğlu
Mustafayev Əlövsət Əmir oğlu
Nərimanov Elman Əkbər oğlu
Orucov Babək Nəcəfqulu oğlu
Orucov Valeh Qəşəm oğlu
Vəliyev Bəydabə Eldar oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Abdullayev Tahar Vəzir oğlu
Cumayev İmran Ələkbər oğlu
Əzimov Sadıx Bəhlul oğlu
Hüseynov Taleh Nurəddin oğlu
Quliyev Elxan Piri oğlu
Məmmədov Fərhad Əli oğlu
Məmmədov Məmmədxan Saleh oğlu
Yusifov Anar Müzəffər oğlu.
***
Prezident İlham Əliyev energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.
Sərəncam energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədi daşıyır.
Sərəncamla energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 40 milyon manat ayrılıb.