AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna - Azərbaycan oyununun hakimi daha əvvəl "Qarabağ"ın avrokubok matçını idarə edib

  • + A
  • - A
  • Bu gün, 12:04

    Ukrayna - Azərbaycan oyununun hakimi daha əvvəl "Qarabağ"ın avrokubok matçını idarə edib

    Avstriyalı FIFA referisi Sebastyan Qishamer üçüncü dəfə Azərbaycan komandasının matçını idarə edəcək.

    DÇ-2026-nın seçmə mərhələsində Ukrayna - Azərbaycan görüşünə təyinat alan hakim daha əvvəl "Qarabağ" klubunun və U-21 millisinin oyununda iş başında olub.

    Bu gün 37 yaşını qeyd edən ədalət təmsilçisi 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş çexlərin 5:0 hesablı qələbəsi ilə bitib.

    Qishamer daha sonra, 2023-cü ildə "Qarabağ"ın səfər qələbəsinə şahidlik edib. Həmin vaxt Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində İsveçin "Hakken" klubunu minimal hesabla üstələyib - 1:0.

    Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində start götürəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR