AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: Azərbaycan-Türkmənistan əlaqələri inkişaf edir

  • + A
  • - A
  • Bu gün, 13:14

    ]İlham Əliyev: Azərbaycan-Türkmənistan əlaqələri inkişaf edir

    Prezident son dövrdə iki ölkə arasında yüksək səviyyəli səfərlərin intensivləşdiyini bildirib

    Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir.

    Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.

    Dövlət başçısı bildirib ki, ötən ildən etibarən ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Onun sözlərinə görə, bu, siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi istiqamətində qarşılıqlı niyyəti əks etdirir.

    İlham Əliyev Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşa edilməsini də xüsusi qeyd edib.

    “Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür”, - Prezident bildirib.

    Dövlət başçısı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

    O qeyd edib ki, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib.

    “Biz bu yardımı çox yüksək qiymətləndiririk”, - deyə İlham Əliyev əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR