AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Artur Rasizadə qaydaları sərtləşdirdi

  • + A
  • - A
  • 29-03-2017, 10:52

    Artur Rasizadə qaydaları sərtləşdirdi











    Baş nazir Artur Rasizadənin qərarı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na əlavələr edilib.

    Qaydalara əlavə olunan yeni bənddə qeyd olunur: “Kənd təsərrüfatı idarələrinin vəzifəli şəxsləri istehsalçılara becərdikləri əkin sahəsi və çoxillik əkmələrə görə yardımın verilməsi üçün ayrılmış büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

    Həmçinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”na da analoji əlavı edilib: “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri mineral gübrələrin, biohumusun və pestisidlərin alınması üçün dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR