AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Prezidentin verdiyi mesajlar da xalqın ürəyincə oldu" — Deputat

  • + A
  • - A
  • 24-10-2019, 15:02

    "Prezidentin verdiyi mesajlar da xalqın ürəyincə oldu" — Deputat

    Müasir dövrün tələblərinə cavab verməyən kadrların, gənc, kreativ, müsbət ictimai imicə malik mütəxəssislərlə əvəz olunması zamanın tələbidir.
    Bu fikri açıqlamasında deputat Nəsib Məhəməliyev Azərbaycan Prezidenti İlham Əliyevin kadr islahatlarını şərh edərkən deyib.

    O deyib ki, cənab Prezidentin kadr islahatları və ümumi inkişafa mane olan məmurların cəzalandırılması barədə fikirləri xalqımız tərəfindən çox müsbət qarşılandı.

    “Bundan əlavə olaraq 2020-ci ildə sosial rifah halının daha da yaxşılacağı, minimum əmək haqqları, pensiya və müavinətlərin, orta aylıq maaşların artacağı ilə bağlı Prezidentin verdiyi mesajlar da xalqın ürəyincə oldu və gələcəyə inamı daha da artırdı”,- deyə deputat bildirib.

    Prezidentin Mikayıl Cabbarovu qəbulu zamanı səsləndirdiyi fikirlərə istinad edən N.Məhəməliyev deyib ki, ölkə başçısı M. Cabbarovla görüşündə bir daha qeyri-neft sektorunun inkişafının zəruriliyini diqqətə çatdırıb.

    “Cənab Prezident bəyan edib ki, biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq. Ona görə də Prezident dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün islahatların dərinləşdirilməsi, ÜDM-in strukturunda qeyri-neft sektorunun artım tempinin təmin olunması istiqamətində strategiyanı həyata keçirməliyik.
    Prezident həmçinin reallıqdan çıxış edərək ümumi inkişafa mane olan, dövlətin əsas iqtisadi dayaqları hesab olunan, sahibkarlığın inkişafının qarşısının məmurlar tərəfindən alınması, qanunsuz himayədarlıq, öz işlərini qurmağa imkan tapmamış çoxsaylı problemlərin süni şəkildə yaradılması faktlarının, kölgə iqtisadiyyatının aradan qaldırılması barədə yeni İqtisadiyyat nazirinə ciddi tapşırıqlar verib”, - deyə deputat bildirib.

    Deputatın sözlərinə görə, hər kəsə bəllidir ki, bu neqativ hallar subyektiv xarakter daşıyır və bilavasitə dövlət idarə etmə sisteminə təsadüfən düşmüş qeyri-peşəkar, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan məmurlar tərəfindən edilir. “Təəssüf ki, iyirmi birinci əsrdə rəhbərlik etdiyi kollektivlərdə və yaxud inzibati ərazilərdə çalışan insanları qorxu altında saxlamaq, şantaj etmək, hər addımda hüquqlarını pozmaq və bundan maniyakal şəkildə zövq almaq bəzi məmurların həyat kredosuna çevrilib. Belə davranışlarla, bu tipli “özünəvurğunlar, təmsil etdikləri komandaya, dövlətçiliyə olduqca böyük zərbə vururlar.

    Ona görə də cənab Prezidentin kadr islahatlarının aparılmasının vacibliyi, ümumi inkişafa mane olan məmurların cəzalandırılması barədə fikirləri xalqımız tərəfindən çox yüksək qarşılandı”, - deyə deputat bildirib.

    Deputat son olaraq onu da qeyd edib ki, ortada Azərbaycanı daha da sürətli inkişaf etdirəcək siyasi iradə vardır və bu siyasi iradənin real həyata keçməsi üçün hər birimiz Prezident İlham Əliyevə dəstək verməli, ictimai siyasi sabitliyi qoruyaraq onu daxili və xarici təzyiqlərdən müdafiə etməliyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR