AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əfqanıstanda terrorçu-kamikadze partlayış törədib, 5 nəfər ölüb

  • + A
  • - A
  • Bu gün, 15:11

    Əfqanıstanda terrorçu-kamikadze partlayış törədib, 5 nəfər ölüb

     
    Əfqanıstanın şimal-şərqində yerləşən Kunduz əyalətində “Kabul Bank”ın şöbəsi yaxınlığında terrorçu-kamikadze tərəfindən törədilən terror aktı nəticəsində ən azı beş nəfər ölüb.

    Partlayış səhər saat 08:35-də baş verib. Qurbanlar arasında bankın mühafizəçisi, eləcə də mülki şəxslər və "Taliban" hərəkatının üzvləri də daxil olmaqla dörd nəfər var. Bundan başqa, yeddi nəfər yaralanıb.

    Əyalət polisinin nümayəndəsi qeyd edib ki, hələ heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Hakimiyyət orqanları hadisəni araşdırmağa davam edir.

    Xatırladaq ki, "İslam dövləti"nin Əfqanıstan bölməsinin yaraqlıları “Taliban”ın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra taliblərə qarşı mübarizə aparırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR