Eldar Mahmudovun həbs etdiyi DİN generalı azadlıqda- ZAKİR NƏSİROV HƏBSXANADAN BURAXILIB
Aprelin 6-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, general-mayor Zakir Nəsirov azadlığa çıxıb.
Gununsesi.info-nun virtualaz.org-a istinadən verdiyi məlumata görə, keçmiş general qapalı Qobustan həbsxanasından həbs müddətinin 2/3 hissəsini çəkdikdən sonra buraxılıb.
Məlumata görə, prezidentin əfv fərmanına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunub.
General-mayor Zakir Nəsirov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “Qara kəmər” əməliyyatının nəticəsində həbs edilmişdi. Həmin əməliyyat çərçivəsində Azərbaycan ərazisində insan oğurluğu və qətllərdə ittiham edilmiş cinayətkar dəstə zərərsizləşdirilmişdi.