Hökumət nefti unutdurur: yeni iqtisadi eranın müdhiş xəritəsi
Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi çox vacib bir tədbir idi
Azərbaycan öz inkişafının yeni qeyri-neft dövrünə qədəm qoyub.
Bu proses kifayət qədər uğurla planlaşdırılmış strateji düşüncə ortaya qoyulmaqla dünya və Azərbaycan reallıqları nəzərə alınmaqla həyata keçirilir.
Hökumət neftsiz eraya başlayır və artıq iqtisadiyyat qeyri-neft sektoru üzərində yüklənməkdədir. Eləcə də hökumət nefti unutdurmağa və asılılığı aradan qaldırmağa çalışır.
Dünyada iqtisadi böhranın ağırlaşması, hərbi-siyasi vəziyyətin gərginləşməsi, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində bir çox ölkələrdə dərin iqtisadi böhranlar yaşanır.
Amma Azərbaycan bu böhrandan kifayət qədər az itkilərlə çıxıb. Bu da Azərbaycan Prezidentinin strateji, uzaqgörən siyasətinin əyani nümunəsi və nəticəsidir.
Dövlət başçısı qarşıya çox mühüm vəzifələr qoydu. Bunlardan biri aqrar sektorun inkişaf etdirilməsindən ibarətdir.
Belə ki, ənənəvi üzümçülük, pambıqçılıq, baramaçılıq, tütünçülük, bağçılıq, xüsusilə fındıqçılıq kimi sahələrin inkişafına təkan verilməlidir.
Bu məhsulların istehsalının artırılması nəticəsində Azərbaycana daha çox xarici valyuta gələcək. Yerli məhsullarımız Azərbaycan brendi altında dünya bazarlarına çıxacaq.
Ulus.Az xəbər verir ki, böyük ənənələrə malik neft sənayesini dirçəltmək, dənizdə zəngin karbohidrogen ehtiyatlarının işlənməsini təmin etmək müstəqil Azərbaycanın möhkəmlənməsi, inkişafı və güclü dövlət kimi dünyaya inteqrasiya etməsi üçün çox vacib amil idi.
İndiyədək respublikada çoxillik neft hasilatı milli maraqlarımızın təmin olunmasına xidmət etməmişdi. Azərbaycanda neft hasilatından və emalından əldə olunan gəlirlər keçmiş ittifaqın büdcəsinə yönəldilmişdi.
Mərhum prezident Heydər Əliyevin hazırladığı yeni neft strategiyasında isə milli sərvətdən ilk növbədə milli maraqların təmin olunması məqsədilə istifadə edilməsi prinsipi əsas götürülmüşdü.
Bu gün ölkəmiz Cənubi Qafqazda əsas söz sahibidir. Respublikamızın iştirakı olmadan regionda hər hansı iri layihəni həyata keçirmək mümkün deyil.
Hazırda Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə qlobal əhəmiyyət daşıyan daha bir enerji layihəsi - “Cənub” qaz dəhlizi layihəsi reallaşdırılmaqdadır.