AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin Xarici Kəşfiyyat Xidməti ilə bağlı dəyişikliyinin ilginc sirri

  • + A
  • - A
  • 11-05-2017, 09:39

    Prezidentin Xarici Kəşfiyyat Xidməti ilə bağlı dəyişikliyinin ilginc sirri

















    Xarici Kəşfiyyat Xidməti ilə bağlı dəyişiklik edilib. Prezident fərman imzalayıb

    Fərman ermənilərə işləyən hərbçilərin ifşası ilə eyni vaxta təsadüf edib.

    Azərbaycan prezidenti İlham Əliyev "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman verib.

    Xarici Kəşfiyyat Xidməti əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

    Milli Təhlükəsizlik Nazirliyi yarandığı ilk gündən orada xüsusi kəşfiyyat idarəsi olub. Kəşfiyyat idarəsinin məqsədi və vəzifələri Azərbaycan üçün prioritet istiqamətlərdən olan kəşfiyyat fəaliyyətini həyata keçirməkdir.

    Kəşfiyyat xüsusi xidmət orqanlarında məxfi qurumlar sayılır və onun fəaliyyəti hər an görünmür. Ona görə də bir sıra hallarda kəşfiyyatın fəaliyyəti haqqında cəmiyyətdə məlumat olmur.

    Ulus.Az xəbər verir ki, dəyişiklik müsbət addımdır və kifayət qədər ciddi fərqlər olacağı gözlənilir. Görünür ki, hansısa boşluqlar olub və onları doldurmağa hazırlıq gedir.

    Təmas xəttində xidmət edən və ermənilərlə əməkdaşlıqda ittiham olunan bir qrup hərbçinin, eləcə də mülki şəxslərin həbsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olmaqdadır.

    Maraqlıdır, baş verən bu olay ordu daxilində, eləcə də təmas xəttində əks-kəşfiyyat tədbirlərini artırmaq ehtiyacını zəruri edir.

    Moderator.az-a danışan ekspert Fərrux Məmmədov deyib ki, bu məsələni ortaya çıxaran, yəni informasiya verən tərəf MOSSAD olub:

    “MOSSAD bu vəya digər yollarla Azəbaycan tərəfini bilgiləndirərək düşmənlə əməkdaşlıq edən qrupun olmasıyla bağlı informasiya verib.

    Daha sonra DTX bu əməliyyat üzərində işləyib və həbslər başlayıb”. Dəyişikliyə əsasən sistem çərçivəsində Xarici Kəşfiyyat Xidmətinin vəzifələri müəyyənləşdirilib.

    Bu vəzifələr sırasına xaricə daimi yaşamağa getmək hüququ "Dövlət sirri haqqında” qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmış dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi, kəşfiyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi, sistemdə tətbiq olunan informasiya mühafizə, o cümlədən şifrləmə vasitələrinə aid təkliflərin verilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi ilə bağlı rəylərin sistemə daxil edilməsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, readmissiya üzrə sorğuların, onlara əlavə olunan məlumatların, habelə verilən cavabların informasiya resursunun formalaşdırılmasında və identifikasiya-sorğu işində iştirak edilməsi, şəxsin başqa fərdi məlumatlarla pasport, şəxsiyyət vəsiqəsi, digər sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədi almaq, belə sənədlərdən istifadə etmək cəhdlərinin aşkarlanması işlərinin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilməsi və müvafiq məlumatların Sistemə daxil edilməsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, sistemdaxili audit fəaliyyətinin həyata keçirilməsi daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR