"Terrorizmə qarşı hamılıqla mübarizə aparılmalıyıq" - İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Meyə başsağlığı verib
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli xanım Baş nazir, Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.