AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tariximiz barədə heç kimdən dərs alan deyilik - Çavuşoğlu

  • + A
  • - A
  • 24-04-2021, 20:38


    Sözcüklər tarixi dəyişdirə və ya yenidən yaza bilməz.

    Bunu özünün "Twitter" səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.

    Nazir bildirib: "Tariximiz barədə heç kimdən dərs alan deyilik. Yeganə dayağı populizm olan bu açıqlamanı tamamilə rədd edirik".

    Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədib.

    Qeyd edək ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib.

    Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.

    Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR