AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident Co Bayden Birinci Dünya Müharibəsi dövründə ermənilərin Osmanlı İmperiyası tərəfindən ..

  • + A
  • - A
  • 22-04-2021, 20:55

    Prezident Co Bayden Birinci Dünya Müharibəsi dövründə ermənilərin Osmanlı İmperiyası tərəfindən ..

    ABŞ rəsmiləri deyir ki, Prezident Co Bayden Birinci Dünya Müharibəsi dövründə ermənilərin Osmanlı İmperiyası tərəfindən öldürülməsini soyqırım kimi tanımağa hazırlaşır.

    Adlarının anonım qalması şərtilə xəbər agentliklərinə məlumat verən rəsmilər bildirib ki, bu addım aprelin 24-də hər il qurbanların xatirələrinin anıldığı gün atıla bilər.

    Bayden ötən il seçki kampaniyası zamanı “erməni soyqırımını tanıyan qətnaməni dəstəkləyəcəyini və universal insan hüquqlarını baş prioritet edəcəyini” bildirmişdi.

    “Mən şənbə Anım Günündə bununla bağlı daha çox şey söyləyəcəyimizi təxmin edirəm. Amma mənim ondan öncə deyəcək sözüm yoxdur,” Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin vədi ilə bağlı suala cavab olaraq bildirib.

    ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan olan 100 üzvündən ibarət bir qrup Baydenə ünvanladığı məktubda onu hadisələri soyqırım kimi tanıyan ilk ABŞ prezidenti olmağa çağırıb.

    “Birləşmiş Ştatlar hökuməti çox uzun müddət erməni soyqırımı ilə əlaqəli tarixi faktla bağlı biabırçı şəkildə səssiz qalıb və buna artıq son qoyulmalıdır,” qanunvericilər yazıb. “Biz Sizi vədlərinizi yerinə yetirməyə və həqiqəti dilə gətirməyə çağırırıq.”

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu həftə deyib ki, Baydenin qətlləri soyqırım kimi tanıması NATO müttəfiqləri arasında münasibətlərə ziyan vuracaq.

    Bir sıra tarixçilər deyir ki, 1915-ci illə 1923-cü illər arasında müasir Türkiyədən öncə mövcud olan Osmanlı İmperiyasında 1.5 milyon erməni öldürülüb.

    Ermənilər onların aclıq, məcburi əmək, deportasiya, ölüm yürüşləri və qırğınlar vasitəsilə bilərəkdən məhv edilmək üçün hədəf alındıqlarını deyir.

    Türkiyə soyqırımın və ya erməniləri yox etmək üçün hər hansı məqsədli planın olduğunu inkar edir. Rəsmi Ankara deyir ki, ölənlərin çoxu ya müharibə qurbanı olub, ya da ruslar tərəfindən öldürülüb. Türkiyə həmçinin bildirir ki, öldürülən ermənilərin sayı 1.5 milyondan xeyli az olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR