Hollandiya parlamentinin bu addımı Türkiyənin qəzəbinə səbəb olacaq
Hollandiya parlamenti 1915-ci ildə Osmanlı dövlətinddə baş verənləri soyqırım kimi tanımağa hazırlaşır.
AZTB.info xəbər verir ki, Hollandiya 24 aprel tarixində Ermənistandakı tədbirə nazir səviyyəsində nümayəndə də göndərməyə hazırlaşır. Hollandiya ötən həftə Ankaradakı səfirini geri çağıraraq Türkiyə ilə diplomatik münasibətləri dondurub.
Hollandiya hökumətinin koalisiya üzvü "Xristian İttifaqı" partiyası tərəfindən gündəmə gətirilən məsələyə digər üç partiya da dəstək verib. Millət vəkili Coel Vurdevind Hollandiya televiziyasına verdiyi müsahibədə bildirib ki, parlamentdəki millət vəkillərinin əksəriyyəti 1915-ci ildə baş verən hadisələri tanımaq istəyir.
Hökumət təklifə hələ cavab verməyib. Amma Hollandiya televiziyasının xəbərlərinə əsasən, Lahey administrasiyasının reaksiyası müsbət olacaq.