İranla bağlı nüvə razılaşmasına qayıtmaq mümkündür.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Əvvəl-axır İranın nüvə razılaşmasına qayıtmağımız mümkün olacaq. Qarşılıqlı razılıq prinsipi əsasında İranla daha uzunmüddətli və dayanıqlı anlaşmaya addımlamaq mümkündür”, - deyə Sallivan bildirib.
Qeyd edək ki, Donald Tramp administrasiyası dönəmində ABŞ İranla imzalanmış nüvə sazişindən çıxmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.