Bakı-Xəbər Media Qrupunun rəhbəri Aydın Quliyev yazır... 14 iqtisadi rayonun təsis edilməsi iqtisadilikdən daha çox siyasi-strateji məsələdir.Əsas hədəf bu günlərdə yox, sabahlardadır.Təbii ki, müəyyən irad və təftiş cəhdləri olacaq.Xüsusən də Qarabağ iqtisadi rayonu ilə bağlı.Məsələn , deyilə biləcək ki, hələ sülhməramlıların nəzarətində olan Xankəndinin, Xocalının , Xocavəndin Bərdə və ya Ağcəbədi ilə eyni İqtisadi zonaya salınmasının hansı real məzmunu ola bilər? Və ya soruşula bilər ki, eyni iqtisadi zona olaraq dövlətimizin proqramına daxil ediləcək Xankəndinə də pul ayıracağıqsa bunun hansısa siyasi effekti olacaqmı, Xankəndidə Azərbaycanın siyasi hüquqi iradəsi hakim olacaqmı? Xankəndi və ya Xocalıya büdcəmizdən pul ayrılmayacaqsa eyni zonada olmağın hansı mənası olacaq? Göründüyü kimi " tərs" suallar meydana çıxa bilər.
Əvvala, Şərqi Zəngəzurun dəqiq strateyi seçim olması birmənalıdır.Tatiximiz qayıdır, hamı bilir ki, heç bir erməni olmayan vaxt vahid Zəngəzur quberniyası var idi,sonra onu parçalayıb Qərbini Ermənistana verdilər, Şərqində isə bəd niyyətlə Qırmızı Kürdüstan deyilən qəza yaratdılar, 29-cu ildə buna son qoyulsa da , Zəngəzurumuzu da dilimizdən sildilər.İlham Əliyev qaytardı.Həm də hələlik Şərqi Zəngəzur adı ilə...Bütün dünya aləmə belə bir tutarlı sual üçün yer qoydu-Bəs Qərbi Zəngəzur hanı? Dünya biləcək ki , onu bizdən qoparıblar.
İkinci, Qarabağ iqtisadi rayonu həm keçmiş Dağlıq , həm də Aran Qarabağın 9 rayonunu bir ad altına aldı.Xankəndi ilə Füzulinin, Xocalı ilə Ağcabədinin , Şuşa ilə Tərtərin eyni çətir altında olmasının başqa adı ola bilməz.Bu əslində Aran və Dağlıq Qarabağın tarixdə ilk dəfə olaraq birləşdirilməsi deməkdir.Şuşanı ermənilərin və sülhməramlıların nəzarətindən kənara çəkmək Ermənistanın çox iddiasında olduğu məlum inzibati ərazi vahidini saxlamaq və orada hansısa status əldə etmək planlarına ilk böyük zərbə idi.Bu gün Aran və Dağlıq Qarabağ rayonlarının bir-birinə qarışdırılması o deməkdir ki, sovet dövrünün "DQMV " deyilən ərazi vahidi bir daha heç vaxt bərpa olunmayacaq, həmin ərazidə hansısa əlahiddə STATUS olmayacaq.Qərarın strateji hədəfi budur.
İndi qalır Xankəndini Azərbaycanın siyasi süverenliyi altına qaytarmaq...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.