AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Binəli Yıldırım Qənirə Paşayevaya vətəndaşlıq verdi

  • + A
  • - A
  • 26-09-2017, 11:33

    Binəli Yıldırım Qənirə Paşayevaya vətəndaşlıq verdi














    Türkiyənin Baş naziri Binəli Yıldırım Kırşəhrdə millət vəkili Qənirə Paşayevaya Kırşəhrin Fəxri Vətəndaşlığını təqdim edib.

    Axar.az xəbər verir ki, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Fəxri Vətəndaşlıq statusuna Kırşəhr bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən layiq görülüb.

    Kırşəhr bələdiyyə başqanı Yaşar Bahceci bildirib ki, Q.Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Kırşəhrin tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə və Kırşəhr vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Kırşəhrin Fəxri Vətəndaşı seçilib.

    Fəxri Vətəndaşlıq haqqında qərarı millət vəkili Q.Paşayevaya Kırşəhrdə Türkiyənin Baş naziri Binali Yıldırım təqdim edib. Millət vəkili Q.Paşayevanı təbrik edən baş nazir xoş sözlərini söyləyib və qardaş Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət göstərdiklərini bildirib.

    Millət vəkili Q.Paşayeva onu bu şərəfli ada layiq görən Kırşəhr bələdiyyə məclis üzvlərinə və bələdiyyə başqanına, qərarı təqdim edən və ünvanına xoş sözlər söyləyən Baş nazir Binalı Yıldırıma təşəkkürünü bildirib. Belə bir statusun onun üçün xüsusi qürur olduğunu dilə gətirib:

    “Əxi Evranının, Aşıq Paşanın, Neşet Ərtaşın uyuduğu qədim Kırşəhrin fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Kırşəhrdə olmaq başqa duyğudur. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm və hər zaman onu layiq olmağa çalışacam. Bunu sadəcə öz adıma deyil, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və türk dünyasının birliyinə, bərabərliyinə çalışan dəyərli böyüklərimizin, aydınlarımızın adına qəbul edirəm. Hamımızın məqsədi türk millətinin birlik və bərabərliyini gücləndirmək, bu uğurda əlimizdən gələni əsirgəməmək olmalıdır”.

    Millət vəkili Q.Paşayeva Türkiyənin baş naziri və onu müşayət edən heyətlə birlikdə Əxilik Həftəsinin bağlanış mərasimində, böyük ustad Neşet Ərtaşın adını daşıyan Kültür Mərkəzinin və festivalının açılışı mərasimində və bir sıra digər tədbirlərdə də iştirak edib, Türkiyənin Baş nazir müavini Bəkir Bozdağ, Çalışma və Sosial Güvənlik naziri Jülidə Sarıəroğlu və qardaş ölkənin bir sıra rəsmiləri və millət vəkilləri ilə görüşlər keçirib, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı müzakirələr aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR