AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Vladimir Putinə zəng etdi

  • + A
  • - A
  • 7-10-2017, 14:52

    İlham Əliyev Vladimir Putinə zəng etdi













    Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.

    Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
    Azərbaycan prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

    Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR