Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
AzadMedia.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Müasir Azərbaycanın uğurları, onun sosial-iqtisadi potensialının və beynəlxalq nüfuzunun möhkəmlənməsi Sizin daxili və xarici siyasətdə atdığınız ardıcıl addımların nəticəsidir.
Sizin müdrikliyiniz, qətiyyətiniz və xalqınızın dəstəyi yeni dövrün sınaqları qarşısında respublikanın davamlılığının rəhnidir. Rusiya ilə Azərbaycanı sıx mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Bu münasibətlərin inkişafına Sizin verdiyiniz müstəsna töhfəni ölkəmizdə də çox yüksək qiymətləndirirlər. Sizin səyləriniz Moskva ilə Bakının əməkdaşlığının hərtərəfli möhkəmlənməsi prosesində, bizim iqtisadi və humanitar əlaqələrimizin, o cümlədən dövlətə məxsus KİV-lər arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır.
TASS İnformasiya Agentliyi Azərbaycanda baş verən hadisələrin qərəzsiz işıqlandırılmasına böyük diqqət yetirməklə respublikanın siyasi, iqtisadi və ictimai həyatında mühüm yeniliklər barədə birincilər sırasında söhbət açır. Bizim qarşılıqlı informasiya fəaliyyətimizin səmərəli şəkildə davam edəcəyinə ümid bəsləyirəm.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və xoş günlər, firavanlıq, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə təşəbbüslərinizdə yeni uğurlar arzu edirəm".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.