AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peskov: Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı ABŞ-a cavab hazırlayır

  • + A
  • - A
  • 1-02-2022, 14:14

    Peskov: Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı ABŞ-a cavab hazırlayır

    Rusiya hələ də ABŞ-ın təklif etdiyi təhlükəsizlik zəmanətlərinə cavab hazırlayır. Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
    Kremlin rəsmi nümayəndəsi Dövlət Departamentinin Rusiyadan reaksiya alması ilə bağlı xəbərlərinin həqiqətə uyğun olmadığını, çaşqınlıq olduğunu vurğulayıb. Peskov əlavə edib ki, Moskva əvvəllər digər məsələlərdə ABŞ-la mülahizələrini bölüşüb.
    Prezidentin mətbuat katibi əmin edib ki, Rusiya Federasiyasının təhlükəsizlik zəmanətləri ilə bağlı əsas cavabı hələ də hazırlanır. Onun sözlərinə görə, Kreml cavabın nə vaxt hazır olacağını hələ bilmir, hər şey Rusiya lideri Vladimir Putinin qərarından asılı olacaq.
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR