AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Ərdoğanı Prezident iqamətgahında qarşılayıb - YENİLƏNİB + VİDEO

  • + A
  • - A
  • 10-12-2020, 16:06


    Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 10-da rəsmi qarşılanma mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

    Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

    Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.

    15:28

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Prezident iqamətgahında qarşılayıb.

    Görüntüləri təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR