ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini istəyir — Amerikalı səfirdən AÇIQLAMA
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünə münasibət bildirib.
Səfir "Ölkə.Az"-ın sualına cavabında deyib ki, son görüşlə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyənatı olub:
"Bizim mövqeyimiz odur ki, Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüşünü dəstəkləyirik. Bu iş davam etdirilir.
Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə həllinə nail olunması işini dəstəkləyir. Biz münaqişənin yalnız sülh yolu ilə həllinə tərəfdarıq. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olaraq qalır. Bizim mövqeyimiz dəyişməzdir".