Eldar Mahmudov həbs edilir
Eldar Mahmudovun həbsi hazırlanır.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qəti addımlar atılacaq.
"Ölkə.Az" mötəbər mənbəyə istinadən xəbər verir ki, E.Mahmudovun qısa zaman kəsiyində 3 dəfə ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması heç də gözdən pərdə asmaq üçün deyil.
Yaxın günlərdə onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Sabiq nazirin 2 ildən sonra gözlənilmədən istintaqa cəlb olunması onun haqqında tutarlı faktların olmasını göstərir.
Xatırladaq ki, E.Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov artıq həbs edilib.