Lukaşenko İlham Əliyevə başsağlığı verdi
Dünən Xətai rayonundakı Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı dost və yaxın dövlət başçıları Azərbaycan xalqına və prezidentinə başsağlığı məktubları ünvanlayırlar.
AZTB.info xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko da Azərbaycan lideri İlham Əliyevə yanğınla bağlı başsağlığı verib.
Məktub Belarus prezidentinin rəsmi internet səhifəsində dərc edilib.
Lukaşenko Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirib və xəsarət alanlara şəfa diləyib. Qeyd edək ki, dünən baş verən yanğın nəticəsində 25 nəfər yanaraq həlak olub.