AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlər Kabineti istefaya göndərildi

  • + A
  • - A
  • 18-04-2018, 13:04

    Nazirlər Kabineti istefaya göndərildi















    11 aprel prezident seçkilərində qalib gələn İlham Əliyev bu gün and içib.
    “Ölkə.Az” xəbər verir ki, inauqurasiya mərasimi keçirildiyi üçün ölkə başçısı öz səlahiyyətlərini icra etməyə başlayıb. Andiçmə mərasimi keçirilən və növbəti yeddi illik prezidentlik dövrünə başlayan ölkə prezidenti İlham Əliyev öz konstitusion səlahiyyətlərindən istifadə edərək, Nazirlər Kabinetini istefaya yollayıb.

    Konstitusiyanın 116-cı maddəsinə əsasən isə, yeni seçilən prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək.

    Nazirlər Kabinetinə daxil olan rəsmilərin siyahısını təqdim edirik:

    Baş nazir Artur Rasizadə

    Baş nazirin birinci müavini Yaqub Eyyubov

    Baş nazirin müavinləri Əli Əhmədov, Abid Şərifov, İsmət Abasov, Elçin Əfəndiyev

    Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

    xarici işlər naziri Elmar Məmmədyarov

    müdafiə naziri Zakir Həsənov

    ədliyyə naziri Fikrət Məmmədov

    daxili işlər naziri Ramil Usubov

    fövqəladə hallar naziri Kəmaləddin Heydərov

    müdafiə sənayesi naziri Yavər Camalov

    maliyyə naziri Samir Şərifov

    vergilər naziri Mikayıl Cabbarov

    iqtisadiyyat naziri Şahin Mustafayev

    kənd təsərrüfatı naziri Heydər Əsədov

    energetika naziri Pərviz Şahbazov

    nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə

    əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
    səhiyyə naziri Oqtay Şirəliyev

    mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

    ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov

    gənclər və idman naziri Azad Rəhimov

    təhsil naziri - boşdur

    Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev

    Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

    Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - boşdur

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

    Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov

    Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

    Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

    Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev.

    Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR