Obama: 2014-cü ildə Krımda Rusiyanın təmsilçiliyini istəyən çoxlu rusdillilər var idi
ABŞ-ın 44-cü prezidenti Barak Obama CNN telekanalına müsahibəsində Qərb ölkələrinin 2014-cü ildə Ukraynaya “ilk işğalın” qarşısını almaq üçün yetərincə iş görməməsi ilə bağlı tənqidi bəyanatları şərh edib. Cənab Obamanın fikrincə, Krımın Rusiyaya birləşdirilməsi orada çoxlu sayda rusdilli əhalinin yaşaması və Rusiyanın öz maraqlarını təmsil etməsində maraqlı olması ilə bağlıdır.
Jurnalist Kristian Amanpur qeyd edib ki, 2014-cü ildə Krım Rusiyanın tərkibinə daxil olanda Barak Obama ABŞ prezidenti vəzifəsini icra edib. Bununla bağlı o, cənab Obamanın Qərb ölkələrinin, o cümlədən Almaniyanın Krımın Ukraynadan ayrılmasına mane olmaq üçün “kifayət qədər qırmızı xətlər çəkməməsi” ilə bağlı iddialarla razı olub-olmadığını soruşub.
“O dövrün Ukraynası bu gün haqqında danışdığımız Ukrayna deyil. Krıma silahlı müdaxilənin olmamasının səbəbi isə orada çoxlu rusdillilərin olması və Rusiyanın onların maraqlarını təmsil etməsinə müəyyən rəğbətin olması idi. O vaxt Ali Radada hələ də Rusiya tərəfdarları çox idi. Həm mən, həm də Angela Merkel sanksiyalar tətbiq etmək və Putinin Donbassda hərəkətini davam etdirməsinə mane olmaq üçün çoxlu avropalıları təpikləyib, qışqıraraq bizə tərəf çəkməli olduq".
Cənab Obama qeyd edib ki, zaman keçdikcə ukraynalılarda “Rusiyadan ayrı bir şəxsiyyət” hissi, Rusiyaya qarşı durmaq əzmi və həm hərbi, həm də mülki cəhətdən hazırlaşmaq bacarığı formalaşıb.
Krım 2014-cü ilin martında keçirilən referendumdan sonra Rusiyanın bölgəsi olub. Ukrayna Krımı “müvəqqəti olaraq işğal olunmuş ərazi” hesab edir. Avropa İttifaqı və ABŞ nümayəndələri də yarımadanın “qanunsuz ilhaqını” tanımadıqlarını dəfələrlə vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.