AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramil Usubov: “Son 15 ildə 48 mindən çox axtarışda olan şəxs saxlanılıb"

  • + A
  • - A
  • 2-07-2018, 11:03

    Ramil Usubov: “Son 15 ildə 48 mindən çox axtarışda olan şəxs saxlanılıb"















    “Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstü açılır. Həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrpusiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərəçarpaçacaq dərəcədə aşağı düşüb”.
    “Report” xəbərinə görə, bunu Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
    Nazir qeyd edib ki, son 15 ildə respublikada hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma, oğurluqların, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır: “Son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə istintaq orqanlarına təhvil verilib, cinayətlərin açılması orta hesabla 87 faiz təşkil edir. Qeydə alınan cinayətlərin təxminən 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”.

    R.Usubov vurğulayıb ki, ölkədəki xalq-iqtidar birliyi sabitliyin yaranmasında, möhkəmlənməsində, təhlükəsizliyin təmin edilməsində biri daha özünü göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR