Şiə Hizbullah partiyası İsrailə daha əvvəl heç vaxt istifadə edilməmiş güclü raket atdı. Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Zərbə Livanın Aita əş-Şaab və Rmeiş yaşayış məntəqələri yaxınlığındakı sərhəddə İsrail ordusunun mövqesinə endirilib. Bunlar Livanın cənubundakı kəndlərdir.
İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Livandan atılan atəşə cavab olaraq İDF döyüşçüləri son bir saat ərzində Hizbullah hədəflərinə zərbələr endirirlər. Bundan əlavə, hücumlar tank və artilleriya mərmiləri ilə həyata keçirilib.
Bundan əvvəl Livanın “Hizbullah” şiə hərəkatının baş katibi Həsən Nəsrullah ərəb və islam ölkələrinə İsraillə diplomatik münasibətləri dayandırmağı, oradan neft və qaz ixracını dayandırmağı tövsiyə etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.