AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev və Prezident Putinlə görüşdü

  • + A
  • - A
  • 2-09-2018, 09:30

    Prezident İlham Əliyev və Prezident Putinlə görüşdü














    Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başlayıb.

    Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

    Azərbaycan-Rusiya münasibətləri həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir.

    Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

    V.Putin qeyd edib: “Hörmətli İlham Heydər oğlu. Əziz dostlar. İcazə verin, Sizi Soçidə ürəkdən salamlayım. Qeyd etmək istərdim ki, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq.

    Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var. Çox şadam ki, Siz bizim dəvətimizi qəbul edib bu gün Rusiyaya gəlmisiniz. Xoş gəlmisiniz!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR