AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyevlə Putinin görüşü: kadr arxasında nələr qaldı? – ŞƏRH

  • + A
  • - A
  • 4-09-2018, 09:38

    İlham Əliyevlə Putinin görüşü: kadr arxasında nələr qaldı? – ŞƏRH














    Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinarasındakı Soçidə keçirilən tarixi görüşündən iki gün keçir.

    Danışıqların nəticələrinə görə birgə bəyanat yayımlandı, ikitərəfli sazişlər imzalandı, görüşlə bağlı ekspert rəyləri deyildi.

    Oxu.Az-a danışan rusiyalı politoloq Qriqori Trofimçuk görüşün kadrarxası ilə bağlı danışmağa çalışıb.

    “Əvvəlcə müzakirə edilməyən mövzular barədə danışaq. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü müzakirə edilmədi. Bu mövzu hələlik informasiya meydanında səsləndirilir və bunu Bakının Yerevana yeni təzyiq forması kimi qiymətləndirirlər.

    Üstəlik, bu cür informasiyalar Ermənistan daxili rəhbərliyinin ölkənin KTMT-siz də keçinə biləcəyi ilə bağlı açıqlamalarından sonra yayımlanıb”, – rusiyalı ekspert deyib.

    O qeyd edib ki, Cənubi Qafqazdakı vəziyyət müzakirə edildi.

    “Ermənistan kollektiv təhlükəsizliklə bağlı məsələlərdə özünü təxribatçı kimi aparır. Bu isə Moskva və Bakının xoşuna gəlmir. Bu fonda Moskva və Bakı regionda stabilliyi, o cümlədən silahlandırmada balansı qorumaq üçün yeni imkanlar axtarır”, – müsahibimiz bildirib.

    Trofimçuk əmindir ki, bu, avtomatik olaraq ikitərəfli əlaqələrdə yeni strategiyanı formalaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR