Paşinyan Putinə belə deyib: “Təmas xəttində istənilən təxribat sərt cavab alacaq”
Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ermənistan və Azərbaycan liderlərinin görüşünün təşkili məsələsi müzakirə olunmayıb.
Virtualaz.org “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu bazar günü Ermənistanın Tavuş vilayətinə işçi səfərinin gedişində jurnalistlərə həmin ölkənin baş naziri Nikol Paşinyan deyib.
Paşinyanla Putin Qarabağ ətrafında vəziyyət barədə söhbət ediblər və münaqişənin yalnız sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıblar.
“Öz növbəmdə, bildirdim ki, münaqişə zonasında istənilən təxribat sərt cavab alacaq”, – Paşinyan bildirib