AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Evakuatorlarla bağlı qərar verildi

  • + A
  • - A
  • 10-10-2018, 12:01

    Evakuatorlarla bağlı qərar verildi















    Baş nazir Novruz Məmmədov “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərara dəyişiklik edib.

    Dəyişikliyə görə Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

    Əsasnaməyə aşağıdakı məzmunda 1.6-cı, 2.4-1-ci, 3.4-1-ci və 5.4-1-ci bəndlər əlavə olunub:

    “1.6. Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin müvəqqəti olaraq saxlanılması üçün mühafizə olunan duracaqlar Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilir.

    2.4-1. Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağına gətirilir.

    3.4-1. Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracaqlarında xidmətə görə ödəniş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 6.7-ci bəndinə uyğun olaraq müəyyən edilir.

    5.4-1. Bakı şəhərinin inzibati ərazisində bu Əsasnamənin 2.4-1-ci bəndinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağında saxlanılmış nəqliyyat vasitəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 97.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sahibinə qaytarılır.”.

    2. 2.5-ci bəndə “DİN-in” sözündən sonra “(bu Əsasnamənin 2.4-1-ci bəndində nəzərdə tutulmuş hallarda isə Bakı Nəqliyyat Agentliyinin)” sözləri əlavə edilsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR