Sahil Babayevə daha bir vəzifə verildi – SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikasının Monteneqroda fövqəladə və səlahiyyətli səfiri.”.
Xarici İşlər Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Monteneqro tərəfinə bildiriş göndərmək tapşırılıb.