AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlikdən “səfirliyin qarşısında doğacam” deyən qadınla bağlı - Açıqlama

  • + A
  • - A
  • 9-03-2017, 08:20

    Nazirlikdən “səfirliyin qarşısında doğacam” deyən qadınla bağlı - Açıqlama











    Səhiyyə Nazirliyi əri ilə birgə Bakıda yaşayan 32 yaşlı Rusiya vətəndaşı Yasmin Marinenkonun Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında doğmağa hazırlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

    Nazirlikdən sputnik.az-a verilən məlumatda qeyd olunur ki, Azərbaycanın səhiyyə sistemində xidmət pulsuzdur:

    "Əgər kimsə hansısa həkimdən, yaxud klinikadan şikayətçidirsə, Nazirliyin qaynar xəttinə zəng edə bilər. Bütün müraciətlərə vaxtında baxılır".

    Hazırda Azərbaycan mediası Yasmin Marinenkonu axtarır ki, ondan 700-800 dollar tələb edən klinikanın və həkimin adını dəqiqləşdirsin.

    Qeyd edək ki, qadın ailəsinin 700-800 dollara başa gələcək doğum xərclərini qarşılamağa imkanı olmadığını deyib. Yardım üçün müraciət etdiyi Rusiyanın diplomatik nümayəndəliyi isə ona kömək etməkdən imtina edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR