AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı məktəbində şagird hadisəsi

  • + A
  • - A
  • Bu gün, 10:12

    Bakı məktəbində şagird hadisəsi

    7-ci sinif şagirdi xəstəxanaya yerləşdirilib, araşdırma aparılır

    Sabunçu rayonunda yerləşən 94 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi tənəffüs zamanı ikinci mərtəbənin pəncərəsindən yıxılıb.

    APA-nın məlumatına görə, 2014-cü il təvəllüdlü M.N. hadisədən sonra Sabunçu Tibb Mərkəzinə aparılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

    Məlumata əsasən, son bir ay ərzində şagird üçün məktəbə bir neçə dəfə təcili tibbi yardım çağırılıb. Həmçinin onun rəfiqəsinə sentyabrın 10-15-i aralığında əmisi tərəfindən zorakılığa cəhd edildiyini söylədiyi iddia olunur.

    Şagirdin çantasında psixotrop dərmanların aşkarlandığı da bildirilir.

    Bakı Şəhər Təhsil İdarəsinin məlumatına görə, hadisə ilə bağlı şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Hazırda müvafiq araşdırmalar aparılır, məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbətlər keçirilir.

    Qurum ictimaiyyəti araşdırmanın nəticələrini gözləməyə və hadisə ilə bağlı rəsmi məlumatlara istinad etməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR