Azərbaycanda abort edən qadınların sayı azalıb.
“Trend”in məlumatına görə, 2018-ci ildə ölkədə 36 141 abort (2017-ci ildə 37 618) qeydə alınıb.
Onların 815-i və ya 2,3 faizi ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. 2018-ci ildə hər 1 000 fertil (15-49) yaşda olan qadına 13,7 abort düşüb.
Ölkədə ötən il hər 1000 nəfər fertil qadına düşən abortların sayı azalsa da, bu göstərici əvvəlki illərə nisbətən yüksəkdir. 2000-ci ildə hər 1000 nəfər fertil yaşda olan qadına 7,8 abort, 2010-cu ildə 9,9 abort düşüb.
2018-ci ildə edilən abortların 1 238-i 15-19 yaşlı qadınlarn payına düşür. Həmin abortların 40-ı 15-17 yaşlı, 1 198-i isə 18-19 yaşlı qadınlar tərəfindən edilib.
Ölkədə ən çox abortlar isə 25-29 yaşlı qadınlar tərəfindən edilir. Ötənilki abortların 11 578-i 25-29 yaşlı qadınların payına düşüb.
2018-ci ildə abortların 7 545-i 20-24 yaşlı, 10 293-ü 30-34 yaşlı, 5 487-si 35 və daha yüksək yaşlı qadınlar tərəfindən edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.